دانلود آهنگ جدید پیام تورک به نام «Nifrətim Artır Sənə»
برای دانلود آهنگ زیبا و شنیدنی Nifrətim Artır Sənə با صدای پیام تورک به همراه متن ترانه و با کیفیت های ۳۲۰ و ۱۲۸ با فرمت MP3 با موزیکدل❤️ همراه باشید.Download New Music, (Ahang) BY : Payam Turk – Nifrətim Artır Sənə/ And lyrics
خواننده | آهنگ |
---|---|
پیام تورک | Nifrətim Artır Sənə |
منتشر شده در موزیکدل |
متن آهنگ پیام تورک Nifrətim Artır Sənə
برای مشاهده کلیک کنید
İstəyirəm ki, mən yazam, qələm susur, vərəq kəsir əllərimi
Sənin bu pisliyinin ağırlığı somurur qələm lənciləri
Adını yazmır qələm, nifrət ilə kağızı cırır
Bir sətir başa yetirmirəm, qabar edir əllərimi
Hər gecə yatanda mən, mən sənə, duvar mənə
Nifrət edir, uçur başıma, ölmürəm mən
Daha nə qədər dözüm mən?
Ya gəl al bu canı, ya çıx yuxularımdan
Rahat bitirim qoca dünyanı
Hər gecə sənin şəkillərin alır məni məndən
Vərəqləyirəm albomu, düşür yadıma sözlərin
O gözlərin başqasın sevir indi
Daha sözüm yox o gözə, yalançı çıxdı gözəl
Qəlbim nə qədər dözə sənin ağlına, bu hicrana?
Bəsdir bu qədər pislik, səni mən necə bağışlayım?
Necə sənin dodaqların başqasının dodaqlarını
İslatmağa dözsün ürək? Məni nifrətə bürüdün
Məni dəli edib nifrət, uzan məndən, qalma burda
İndi ağlım başı, başım bədəni, hey incidir bir-birini
Nifrət, nifrətim artır sənə, amma dəli mən oluram
Amma dəli mən oluram
Məni dəli edib nifrət, uzan məndən, qalma burda
İndi ağlım başı, başım bədəni, hey incidir bir-birini
Nifrət, nifrətim artır sənə, amma dəli mən oluram
Amma dəli mən oluram
Bir az ki, fikir edirəm keçmişlərə, bu günlərə
Şeytan girir cildimə, nifrətim artır sənə
Gözlərim yaşla dolur, nəfəsim çıxmır daha
Qəlbim sinəmi cırır, qanım dayanır bu hirsdən
Bu odur? Ola bilməz, belə insan! Ya o, bu?
Özün de, necə inanım? Biz birlikdə danışdığın sözlərin
Hey fırlanır başımda, beynimi qızdırır belə
Ağlımı başdan uçurdur
Çoxları sevgidən dəli, amma mən nifrətdən
Artır hər dəqiqə nifrətim o gözlərinə
Alıram şəkli ələ, səndən mənə qalan tək bu
Qanla dolur gözlərim qanım qaralır damarda
Sıxıram şəkli əldə, istəyirəm cıram bunu
Dodağım dilə gəlir ki, gecələr nə öpüm yatım?
Qəlbim dözmür buna, alıram bağrıma təzədən
Nəhlətlər sənə gəlsin, o gözəl gözlərinə
(Nəhlətlər sənə gəlsin)
Məni dəli edib nifrət, uzan məndən, qalma burda
İndi ağlım başı, başım bədəni, hey incidir bir-birini
Nifrət, nifrətim artır sənə, amma dəli mən oluram
Amma dəli mən oluram
Məni dəli edib nifrət, uzan məndən, qalma burda
İndi ağlım başı, başım bədəni, hey incidir bir-birini
Nifrət, nifrətim artır sənə, amma dəli mən oluram
Amma dəli mən oluram
Sən gedəndən dəliyəm mən
Ya hər şey mənə nifrət edir ki, bilmirəm mən
Küçələr qəbul etmir sənsiz addım atam üstünə
Basıram zığlı ayağı boğazına, mən xəfələyirəm
O məni titrədir, oynadır, yıxır
O qədər möhkəm təpik vururam mən hər addımda
Məni sənsiz görməyə dadanan küçələr
Küçənin binaları o qədər nifrətlə baxırlar ki, mənə
Dizlərim dəyir torpağa, yalvarıram, uçmayın
Tək bu boş otağın dörd duvarı qalır mənə
Bir də qanlı yumruğun şəkilləridir duvarda
Gündüz mən duvara
Gecələr qaytarır bu yumruqları duvar mənə
Gecələr yuxuma gələndə sən mənim
Tüklərim oxa çevrilir, qoymur yaxın gələm sənə
Sən qaç məndən uzan, nifrətim artır sənə
Sən qaç məndən uzan
Nifrətim artır sənə, nifrətim artır sənə…
Məni dəli edib nifrət, uzan məndən, qalma burda
İndi ağlım başı, başım bədəni, hey incidir bir-birini
Nifrət, nifrətim artır sənə, amma dəli mən oluram
Amma dəli mən oluram
Məni dəli edib nifrət, uzan məndən, qalma burda
İndi ağlım başı, başım bədəni, hey incidir bir-birini
Nifrət, nifrətim artır sənə, amma dəli mən oluram
Amma dəli mən oluram
پخش آنلاین آهنگ Nifrətim Artır Sənə
چه امتیازی به این آهنگ میدی؟
میانگین امتیازات: 5 | تعداد آرا: 1
عالیهه